!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fərid Qayıbov bazanın açılışında iştirak etdi

!Reklam – Yazi

Pouerliftinq üzrə Azərbaycan millisinin təlim-məşq bazasının açılışı olub.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, mərasimdə nazir Fərid Qayıbov da iştirak edib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdən əvvəl a Azərbaycan Pouerliftinq Federasiyasının fəaliyyəti barədə təqdimat olub. Fərid Qayıbov şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri təqdim edilib.

Yeni bazada yaradılmış şəraitlə tanış olan nazir yığma komanda üzvləri ilə görüşüb və yeni mərkəzdə məşq proseslərini izləyib. Federasiya prezidenti Ələddin Əliyev nazirə qarşıdakı yarış və tədbirlər barədə məlumat verib.

Tədbirdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Fərid Mansurov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, federasiya rəsmiləri və yığma komandanın üzvləri iştirak ediblər.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv