Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Fərid Qayıbov FIG prezidenti seçilə bilər

Reklam: High Technic

Bu gün Türkiyənin Antalya şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbər vəzifələrinə seçkilər keçiriləcək.

“Report”un məlumatına görə, 83-cü Konqresə təsadüf edən seçkidə qurumun prezidenti postu uğrunda 2 namizəd mübarizə aparacaq.

Bunlardan biri FIG-in yaponiyalı hazırkı prezidenti Morinari Vatanabe, digəri isə Azərbaycanın yeni gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovdur. Vatanabe indiki vəzifəsində 2016-cı, Qayıbov isə 2017-ci ildən çalışır.

Konqresə 130 üzv milli federasiyadan 340 nümayəndə qatılıb. Əslində tədbir 2020-ci ilin oktyabrında keçirilməli idi. Lakin COVID-19-a görə səfərlərlə bağlı çoxsaylı məhdudiyyətlər və çətinliklər üzündən toplantı bu ilə təxirə salınıb.

Jurnalistlər üçün qapalı seçkidə milli federasiyalar FIG prezidentindən əlavə, 3 vitse-prezident, 7 İcraiyyə Komitəsi üzvü, 21 Şura üzvü, “Gimnastika hamı üçün” komitəsinə 6 üzv, gimnastikanın hər bir növü üzrə texniki komitəyə prezident və 6 üzv, həmçinin 2 auditor seçəcəklər. Bədii gimnastika üzrə texniki komitənin üzvlüyünə namizədlərdən biri Azərbaycan təmsilçisi Natalya Bulanovadır. Onun ümumilikdə 14 rəqibi var.

Yeni seçilənlər vəzifələrinin icrasına 1 yanvar 2022-ci ildə başlayacaqlar. Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarının bu ilə təxirə salınması üzündən 4 il yox, 3 il – 2024-cü il dekabrın 31-dək fəaliyyət göstərəcəklər.

www.yenicag.az

127
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100