!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fərid Qayıbov iki federasiyanın fəaliyyəti ilə tanış oldu - FOTO

!Reklam – Yazi

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) və Azərbaycan Badminton Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hər iki növ üzrə milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

AQF-nin baş katibi Vasif Məmmədov və ABF-in baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşlərdə ABF-in vitse-prezidenti və AQF İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, ABF-in digər vitse-prezidenti Mirzə Orucov, şpaqa üzrə milli komandanın baş məşqçisi Südef Quliyev və badminton yığmasının baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv