Oktyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.
Gənclər və İdman Nazirliyindən Yenicag.az-a bildiriblər ki, taekvondo üzrə milli komanda üzvləri ilə görüşən Fərid Qayıbov onların məşq proseslərini izləyib, federasiyasında yaradılmış şəraitlə maraqlanıb.
Azərbaycan Taekvondo Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.