!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərid Şahbazlı:”Prezident İlham Əliyevin Ankaraya səfəri sübut etdi ki…”

!Reklam – Yazi

k44d7Qaf9d4yPrezident İlham Əliyevin Türkiyə üçün belə həssas və çətin məqamda Ankara etdiyi səfər Azərbaycan-Türkiyə münasibətlərində tarixi bir hadisədir. Cənab Prezidentin Ankarada verdiyi olduqca aydın və qətiyyətli mesajlar Azərbaycanın Türkiyə ilə bağlı prinspial mövqeyini növbəti dəfə ortaya qoydu”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətləri mövcuddur: ” Rəcəb Tayyib Ərdoğanın məlum terror hadisəsi səbəbindən Bakıya gələ bilməməsi və Prezident İlham Əliyevin Türkiyəyə dəstək məqsədi ilə Ankaraya səfər etməsi iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açdı. Cənab Prezidentin səfəri bir daha sübut etdiki, Azərbaycan dövləti və xalqı həmişə çətin gündə də, xoş gündə qardaş ölkə Türkiyənin yanındadır. Bu səfər və verilən bəyanatlar eyni zamanda dünya ictimaiyyətinə bir mesaj oldu”.

Fərid Şahbazlı qeyd edib ki, belə gərgin geosiyasi şəraitdə Prezident İlham Əliyevin Ankaraya səfər etməsi Azərbaycanın tamamilə müstəqil xarici siyasət kursu həyata keçirdiyini və daima Türkiyənin haqq işini dəstəklədiyini növbəti dəfə ortaya qoydu: “Belə bir məqamda Azərbaycanla Türkiyə arasındakı tarixi dostuq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri dünya ölkələrinə bir model, örnək sayıla bilər”.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv