Fermada dəhşətli yanğın – Sumqayıtda

Sumqayıtda ferma yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, çoxmərtəbəli ferma ərazisində yığılan 150 ton ot bağlamasının 100 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​