Norveçli fermer zəmisindən min illik vikinq qılıncı tapıb.
Yenicag.az “İndependent”ə istinadən xəbər verir ki, O.T. Lovra adlı fermer əkin sahəsində dəmir parçası tapıb.
Lovra dəmir parçasını atmaq istəsə də, sonradan onun adi bir şey olmadığını anlayıb və arxeoloqlara xəbər verib. Mütəxəssislər dəmir parçasını araşdıraraq bunun miladdan sonra 900-1050-ci illər aralığında düzəldilmiş vikinq qılıncı olduğunu üzə çıxarıblar.
37 sm-lik qılıncın xüsusi şüalar altında incələnməsi zamanı üzərində yazıların olduğu da üzə çıxıb.