!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Fərqli teatrlar yaradılmalıdır ki...” - Əməkdar artist

!Reklam – Yazi

“Fərqli teatr qrupları və qurumları yarandılsın ki, yaxşı mənada rəqabət olsun.”

Bunu tanınmış aktyor və rejissor Nofəl Vəliyev Beynəlxalq Teatr günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib:

Aktyor son zamanlar teatr sahəsində müəyyən irəliləyişlərin olduğunu desə də, həllini tapmamış problemlərin də varlığını istisna etməyib:

“Son zamanlar teatr sahəsində irəliləyişlər var. Amma ümid edirəm ki, Azərbaycan teatrı getdikcə daha böyük uğurlara doğru irəliləyəcək. Bu, hər bir sənət adamının arzusudur. Hesab edirəm ki, Azərbaycan teatrında bu gün yeni layihələrə ehtiyac var. Bu da təbii ki, teatrı inkişafa doğru aparacaq. Arzuolunan işlər sırasında alternativ teatrların yaradılması məsələsi də var. Yaxşı olardı ki, Azərbaycanda alternativ teatrlar olsun. Fərqli teatr qrupları və qurumları yaradılsın ki, yaxşı mənada rəqabət olsun.”

Qeyd edək ki, martın 27-si Beynəlxalq Teatr Günüdür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da təqvimin bu günü teatr camesinin adamları tərəfindən bayram kimi qeyd olunur, teatrlarda silsilə tədbirlər keçirilir.

Cəvahir

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv