“Ferrari” yeni bolidini təqdim etdi – FOTOLAR

Reco-Emiliyadakı teatrlardan birində təşkil olunan tədbirdə, İtaliyanın “Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini təqdim edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, maşın SF 1000 indeksi alıb. Bu da komandanın “Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır. Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.

Yenilənmiş bolidinin ilk sınağı isə “Formula 1”in rəsmi mövsümöncəsi testlərində keçiriləcək.