Fərruxda tapılan şəhid qalıqlarının aqibəti – VİDEO

Bu ilin aprelində Xocalının Fərrux kəndi istiqamətində aparılan qazıntı zamanı insan qalıqları aşkarlandı.

Tədqiqatlar nəticəsində isə məlum oldu ki, qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aiddir. Daha əvvəl də ayrı-ayrı üç yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilən soydaşlarımızın qalıqları tapılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizlinin bildirdiyinə görə, hazırda hərbi prokurorluqda faktla bağlı istintaq gedir, ekspertiza yekunlaşdıqdan sonra qalıqları tapılan şəxslərin kimliyi barədə ətraflı məlumat veriləcək.

Bəs görəsən, qalıqların kimliyi dəqiqləşdirildikdən sonra Ermənistanı beynəlxalq məhkəməyə vermək mümkün olacaq?

Suala hərbi ekspert Ramil İsgəndərli cavab verib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik.