!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FES 2017-ci ildə faiz dərəcəsi daha iki dəfə artırılacaq

!Reklam – Yazi

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq.

Yeniçağ.Az-ın məlumatına görə, bu barədə tənzimləyicinin mart iqtisadi proqnozunda bildirilir.

Ötən ilin dekabrında FES 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.

“Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FES-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.

Qeyd edək ki, bu gün FES uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

Yeniçağ.Az

www.yenicag.az

803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv