ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb.
Yenicag.az xəbər verir ki, FES uçot dərəcəsini illik 25 baza bəndi artıraraq illik 0,25-0,50 faizə qədər çatdırıb.
Qeyd edək ki, sonuncu dəfə baza faiz dərəcəsinin artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azaldılıb.
Son iki il ərzində FES-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.