Fətəli xan Xoyskinin qardaşı nəvəsi vəfat etdi

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun İstanbulda vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov paylaşım edib.

Qeyd edək ki, prezident İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu ilin sentyabr ayında Cümhuriyyət liderlərinin Türkiyədə yaşayan varisləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalları ilə təltif olunublar. Xan Xoyski və Şeyxzamanlı ailələri adından medal Leyla xanıma təqdim edilib.