Fəthullah Gülənin kəndi də “Əvət” dedi

FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin doğulduğu Şəhid Burak Karakoç (əvvəlki adı Korucuk) kəndi referendumda “Əvət”ə səs verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, məhəllənin 195 seçicisindən 167-si səsvermədə iştirak edib.
Məlumata görə, məhəllənin səs vermiş seçicilərindən 108-i “Əvət”, 57-si isə “Xeyr” deyib. Bülletenlərdən 2-si etibarsız sayılıb.

Səsvermənin nəticələrindən danışan məhəllə muxtarı Hulkettin Kızıltunç bu barədə belə deyib:
“Məhəlləmiz dövlətinin, millətinin, bayrağının yanındadır. Artıq terrorçubaşının adı ilə ber yerdə xatırlanmaq istəmirik. Biz terrorçubaşını yerlə bir etdik”.

Yeniçağ.Az

COP29