Rusiyanın Ankara səfiri Andrey Karlova suiqəsdi həyata keçirən polis Mövlud Mərd Altındaşın ev adresinin FETÖ-nun yayın orqanı olan “Today`s Zaman”ın Ankara təmsilçisi Abdullah Bozqurda aid olduğu ortaya çıxdı.
Yeniçağ.Az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Altndaş Diyarbəkrə müvəqqəti vəzifəyə gedərkən, anketə yazdığı ev adresi olaraq, Abdullah Bozqurdun evini göstərib.
Aydın şəhərində Gülənə bağlı Aydın Sökə Özəl Körfəz Dərsxanasına da gedən Altındaşın törətdiyi terrordan bir neçə gün öncə Abdullah Bozqurdun öz “Twitter” hesabından “Xarici ölkə səfirlərinin Türkiyədə təhlükəsizliyinə qarantiya yoxdur” yazıb.
Abdullah Bozqurdun hazırda İsveçdə yaşadığı bildirilir.
Bundan başqa FETÖ-nün Twitter qansteri Fuat Avni də bir həftə öncə bənzər tvit paylaşmışdı.
Bütün bunlar isə oxları bir daha FETÖ üzərində cəmləşdirməkdədir.
Yeniçağ.Az