FETÖ çevriliş və sui-qəsdə hazırlaşır – RƏSMİ

Türkiyənin daxili işlər naziri Süleyman Soylu canlı yayımda önəmli açıqlamalar verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, CNN Türk-də yayımlanan verilişə qatılan nazir ölkədə hələ də müəyyən təhditlərin olduğunu bildirib. O qeyd edib ki, terror təşkilatının saxlanılan üzvləri planlaşdırılan sui-qəsd və çevriliş cəhdləri ilə bağlı məlumat verir.

Süleyman Soylu onu da əlavə edib ki, hazırda FETÖ sosial şəbəkələrdən özünə dəstək axtarır və yenidən fəaliyyətə keçmək üçün fürsət gözləyir.

COP29