FETÖ-çu Adil Öksüzü ifşa edən nadir FOTO

FETÖ terror şəbəkəsinin Fətullah Güləndən sonra “2-ci nömrəsi” hesab olunan Adil Öksüzlə bağlı yeni fakt aşkarlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ terror şəbəkəsinin formalaşdırılması və əsas simalarının fəaliyyətini əks etdirən geniş materialda Adil Öksüzə də yer ayrılıb.

Həmin yazıda sosial şəbəkələrdə FETÖ-nun fəaliyyətini əks etdirən arxiv sənədlərini yayımlayan “Hüdut Meksika” profilindən yayımlanan fotoşəkil paylaşılıb.

Həmin şəkildə Fətullah Gülənin illər əvvəl öz şagirdləri ilə görüntüsü əks olunub. Şəkildə FETÖ-nun hazırda əsas təmsilçiləri olan və o zaman hələ “bığ yerləri tərləməyən” şəxslər də yer alıblar.

Kollektiv şəkildə Güləndən bir neçə sıra öndə əyləşən bir nəfər diqqəti xüsusi cəlb edir. O şəxs 15 iyul çevriliş cəhdinin əsas icraçılarından biri olan Adil Öksüzdür.

Qeyd edək ki, Öksüz iyulun 16-da qiyamın idarə olunduğu “Akıncı” bazasında həbs edilsə də, az sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Həmin tarixdən etibarən barəsində heç bir məlumat əldə edilməyən Öksüzün xaricə qaçmaq cəhdinin baş tutmadığı, onun hələ də Türkiyə ərazisində gizləndiyi bildirilir.

Yeniçağ.Az

COP29