!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-çu Akın İpekə ev həbsi verildi - FOTOLAR

!Reklam – Yazi

FETÖ terror təşkilatının aparıcı üzvlərindən olan Akın İpekin ev dustağı olmasına qərar verilib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, fərari FETÖ-çu Akın İpek Londonda saxlanılıb. Onun pasportu əlindən alınıb və məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə cinayət işinin tam yekunlaşacağı tarixə qədər onun Londondan kənara çıxmamasına və evindən başqa yerdə qalmamasına qərar verib.

FETÖ-nün “çatı davası” cinayət işi çərçivəsində axtarışa verilən “Koza Holdinq”in keçmiş rəhbəri Hamdi Akın İpekin şəhərin mərkəzində lüks və tarixi binada ofislərinin olduğu bildirilir.

Qeyd edək ki, hazırda onun şirkəti Türkiyə ilə yanaşı Azərbaycanda da fəaliyyət göstərir.

www.yenicag.az

1883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv