Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

FETÖ-çu generalın qaçış planı: “İki dəfə cəhd etsə də...”

15 iyul çevriliş cəhdinin əsas fiqurlarından olan generalın uğursuzluqdan sonra qaçmağa cəhd etdiyi bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdi ilə bağlı Ankara Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamnamədə qiyamçıların rəhbərlərindən biri olan Ali Hərbi Şuranın (YAŞ) sabiq üzvü, ordu generalı Akın Öztürklə bağlı diqqətçəkən şahid ifadələri yer alıb. Həmin ifadələrdə Öztürkün çevriliş cəhdi zamanı üzərinə götürdüyü funksiyanın detalları da açıqlanıb.

Məlumata görə, çevriliş cəhdinin uğursuzluğu məlum olduqdan sonra Öztürk “Akıncı” hərbi bazasından helikopterlə qaçmağa cəhd göstərib. Helikopterin pilotu iki dəfə havaya qalxmağa çalışsa da, çevrilişə qoşulmayan hərbçilərin atəş açması bu qaçışa imkan verməyib. Öztürk daha sonra Baş Qərargahın rəisi, ordu generalı Hulusi Akarın helikopteri ilə Çankayadakı Baş nazirin iqamətgahına getmək istəsə də, sonuncu ona “Sən burda qal”, – deyib.

İttihamnamədə Öztürkün mindiyi helikopterin pilotu Halil Gülün də ifadəsinə yer verilib. Onun sözlərinə görə, Öztürk iyulun 16-da “Akıncı” hərbi bazasında onun yanına gələrək, baş nazirlə görüşə getməli olduğunu söyləyib:
“Bundan sonra havaya qalxmağa cəhd etsəm də, hərbi təyyarədən atəş açılması üzündən yerə endim. Bir saat keçmişdi ki, Öztürk təkrar gəldi. Ancaq bu dəfə də yerdən atəşə tutulduğumuz üçün helikopteri yerə endirdim”.

Yeniçağ.Az

www.yenicag.az

123