FETÖ-çu “Şami” tutuldu

FETÖ-da kod adı “Şami” olan şəxs tutulub.

Yenicag.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbəsi əməliyyat zamanı FETÖ-nün önəmli adlarından biri olan və fərari kimi axtarılan B.K-nı İstanbulda ələ keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində B.K-nın təşkilatın Ovçular rayonunda yerləşən “Gaybubet” deyilən ərazisindəki evdə gizləndiyi məlum olub. İstanbul polisi ötən gecə əməliyyat keçirib. Əməliyyatından xəbər tutan şəxs hadisə yerindən qaçıb. Amma o, çox uzağa gedə bilməyib. “Şami” evin arxasında yerləşən qəbiristanlıqda yaxalanıb.

Nəzarətə alınan B.K-nın sorğu-sual olunmaq üçün İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

COP29