!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-çular bir-birilərini gizli dinləyirmiş

!Reklam – Yazi

28 FETÖ-çunun mühakimə olunduğu məhkəmədə maraqlı detallar üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara 2-ci Ağır Cəza Məhkəməsində TÜBİTAK və TİB-də işləmiş 28 nəfərin məhkəməsi davam edir.

Bu işlə bağlı keçirilən son prosesdə üzə çıxan məlumata görə, FETÖ terror şəbəkəsinin idarəçiləri quruma daxil şəxsləri də dinləyirmişlər. Siyahıda qondarma ittihamlar üzrə keçirilmiş proseslərin hakimləri, prokurorlar və dinləmə işi üzrə ittiham olunan polislər var.

Qeyd olunub ki, FETÖ həmin şəxsləri Telekommunikasiya İdarəsi Rabitə Şöbəsindəki kanalları vasitəsilə dinlədib.
Dinləmə işi üzrə ittiham olunan, hazırda istintaqdan yayınan Kəşfiyyat Qurumu Texniki Şöbəsinin sabiq müdiri Yunus Yazar, İzmirdə hərbi casusluq işinə baxan hakim Serdar Ergül, FETÖ-nun Polis İdarəsindəki ən vacib fiqurlarından biri, bu qurumun Xarici Əlaqələr Şöbəsinin rəhbəri Recep Gültekinin də adı dinlənilənlərin siyahısındadır.

Yunus Yazar ictimai rəydə “Dinlənilən VİP şəxslər” kimi tanınan, aralarında jurnalist, siyasətçi və iş adamlarının olduğu 48 nəfərin telefonlarının dinlənilməsi ilə bağlı davam edən prosesdə ittiham edilən əsas fiqurdur.
Qeyd olunur ki, Yunus Yazar barəsində həm də Hrant Dink cinayəti çərçivəsində də həbs qərarı çıxarılıb. Yazar həmçinin Dəniz Baykala və MHP-çilərə qarşı qurulan “kaset təxribatı”nın da əsas şübhəlilərindən biridir.
15 iyulda İstihbarat İdarəsinə hücum edən yüksək vəzifəli polislər arasında olan Yunus Yazar hələ də yaxalanmayıb. Bildirilib ki, Yunus Yazarın telefonları 2013-cü il 25 fevral – 24 mart tarixlərində dinlənilib.

Yeniçağ.Az

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv