!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-çuların ailələrini ümidləndirən şəxs: “Mayda hər şey dəyişəcək”

!Reklam – Yazi

FETÖ işi ilə bağlı həbs olunan iki sabiq polis məmuru, bir təqaüdçü polis və özünü polis xəfiyyəsi kimi qələmə verən şəxslərin məhkəməsi davam edir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-çu müttəhimlərin işi ilə bağlı Burdur Ağır Cəza məhkəməsində keçirilən prosesdə çıxış edən, həbs olunana qədər “May və iyunu gözləyin” deyən M. E. adlı saxta “polis xəfiyyəsi” bəzi detalları açıqlayıb.

Onun sözlərinə görə, birgə mühakimə olunduqları digər müttəhimin iş yerində olduğunu və onunla yaxşı rəftar edildiyini bildirib. “Xəfiyyə” bu münasibətdən məmnun qaldığı üçün həmin kafeyə tez-tez getdiyini söyləyib.
Vaxt keçdikcə kafenin işçiləri ilə münasibətlərinin yarandığını deyən M. E. özünü onlara polis kimi tanıdıb:
“Məni polis kimi qəbul etmələrindən məmnun olurdum. Yalandan yalan doğdu və sonra bunun altından çıxa bilmədim. Pis niyyətim yox idi. Hərdən yeməyin pulunu vermirdim. Bu da xoşuma gəlirdi. Vəziyyət bir macəraya bənzəyirdi və onun da sonu yaxşı olmadı. Azadlıq qədər gözəl gözəl bir şey yoxdur, bunu başa düşdüm. Etdiklərimdən peşmanam”.

Hakimin “FETÖ işi üzrə müttəhimin yaxınlarına Burdurda 3 nəfərlik bir komissiya yaradılacağını, may-iyun aylarında hər şeyin tərsinə dönəcəyini, həbsxanadakıların məyus olmamalarını, dövlətin içində dövlət olduğunu demisən. Bunları nə məqsədlə söylədin?” sualına müttəhim belə cavab verib:

“Maddi xeyir gözləmədim. Dediyim kimi, yalandan yalan doğdu, işin altından çıxa bilmədim, cahilliyimin qurbanı oldum. Komissiyanın tərkibindəki adlara gəldikdə, o adları Burdur Ədliyyə şöbəsinin saytından götürürdüm”.

Məhkəmə heyəti müttəhimlər barəsində həbs qətiimkan tədbirini qüvvədə saxlayaraq, prosesi təxirə salıb.

Yeniçağ.Az

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv