2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, FETÖ terror təşkilatının dövlət çevrilişinə cəhdi zamanı 159 min 506 nəfər şübhəli qismində saxlanılıb, onlardan 47 min 523-ü həbs edilib.
Bu barədə qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Bundan başqa DİN rəhbəri cari ildə 2 min 140 terrorçunun zərərsizləşdirildiyini bildirib. Eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən 675 təxribatın hadisəsinin qarşısı alınıb.