!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-da “həyəcan siqnalı”: 15 iyul çevriliş saatını kim irəli çəkib?

!Reklam – Yazi

15 iyul çevriliş cəhdini gecə saat 03-00-dan irəli çəkən şəxsin Baş Qərargahın şəxsi heyət şöbəsinin rəisi general-leytenant İlhan Talu olduğu bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Cumhuriyyət Baş prokuroru Yücel Kocamanın rəhbərliyi altında onun müavini Necip Cem İşçimen, Cumhuriyyət prokurorları İstiklal Akkaya və Kemal Aksakalın hazırladığı ittihamnamədə şübhəlilərlə bağlı ilginc detallar yer alıb.

İttihamnaməyə əsasən, 15 iyul çevriliş cəhdindən əvvəl MİT rəhbəri Hakan Fidan Baş Qərargaha gələrək, qurumun rəisi, ordu generalı Hulusi Akar və ordu generalı Yaşar Gülərlə görüşüb. Görüş zamanı Hakan Fidan orduya “sızmış” FETÖ-çuların təxirə salınmadan həbs olunacağını bildirib. Bunu öyrənən Baş Qərargahın şəxsi heyət şöbəsinin rəisi general-leytenant İlhan Talu gecə saat 03-00-a təyin olunmuş çevriliş saatı irəli çəkilib.
İttihamnaməyə görə, İlhan Talu iyulun 15-i saat 21-23-də Baş Qərargahı ələ keçirtmək üçün binaya daxil olmuş xüsusi təyinatlı qrupa da bələdçilik edib.

Çevriliş cəhdinin uğursuzluğu dəqiqləşəndən sonra – 16 iyul saat 18-30-da isə bir saat sonra həbs olunacaq İlhan Talu general-leytenant İbrahim Yılmazın 2-ci Ordunun komandanı təyin olunması haqqında əmr imzalayıb və bu əmrini MEDAS sistemi ilə göndərib. Daha sonra İbrahim Yılmazın da FETÖ ilə əlaqəsi müəyyənləşib və o da Ordudan xaric edilib.

Yeniçağ.Az

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv