!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-da struktur “islahat”ı: “İmamlıq” sistemi ləğv olunur

!Reklam – Yazi

Əvvəlki güc və imkanlarını itirən FETÖ terror şəbəkəsi idarəetmə sistemini dəyişmək məcburiyyətində qalıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropada yaşayan alim Sefa Yürükel FETÖ-nun “imamlıq” sistemindən imtina edərək, mərkəzləşdirilmiş təşkilat modelini dəyişir.

Yürükelin yazdığına görə, yeni modeli keçən FETÖ-nun təşkilatı mərkəzi ABŞ-ın Pensilvaniya ştatı olacaq və terrorçubaşı Fətullah Gülən şəbəkənin “ruhani lideri” statusunda qalacaq. Ətrafında “Məşvərət məclisi” yaradılması planlaşdırılan Gülən FETÖ-nun fəaliyyətinə zəruri hallarda müdaxilə edəcək:

Müəllifin fikrincə, Güləni bu dəyişikliyə məcbur edən əsas səbəb hazırda FETÖ sıralarında yetərli sayda silahlı işçi qalmaması, şəbəkəyə yeni qoşulanlara isə etimad göstərilməməsidir:

“Bundan sonra FETÖ-nun xarici ölkələrdəki təşkilatlarına kənardan imam təyin olunmayacaq və o strukturlar 6-9 nəfərdən ibarət “Məşvərət məclisləri” tərəfindən idarə olunacaq. Həmin şəxslər sədri öz aralarından seçəcəklər. Yerli təşkilatın rəhbəri Pensilvaniyadakı mərkəzlə əlaqədə olacaq. O qurumlara seçilən şəxslər FETÖ tərkibində yetişdirilən və etimad qazanmış yerli vətəndaşlar arasından seçiləcək. Problemlərin həlli, idarəetmə, layihələrin həyata keçirilməsi və maliyyə məsələləri ilə “Məşvərət məclisi” məşğul olacaq”.

Yürükel qeyd edir ki, FETÖ-nun yerli təşkilatlarındakı “Məşvərət məclisi”nin tərkibi müxtəlif peşə adamlarından formalaşdırılacaq:

“Həmin tərkibdə artıq ilahiyyatçılar olmayacaq. “Məşvərət məclisi”nə iş adamları da daxil olmaqla fərqli peşə sahibləri seçiləcəklər. FETÖ-nu keçmiş strukturunda Quran kursları, İmam Xətib məktəbləri, ilahiyyat fakültələri əsas yer tuturdu və onlar sabiq idarəedicilər tərəfindən yönləndirilirdi. Artıq bunun əksi həyata keçiriləcək. Yəni FETÖ-nun dini qurum deyil, iş adamları və QHT-lərdən ibarət modern şəbəkə olması görüntüsü yaradılacaq. Məşvərət Məclisinin müəyyən etdiyi qaydada xarici ölkələrdəki FETÖ strukturları öz gəlirlərinin 3-5 faizini Pensilvaniyaya göndərəcəklər. Yerdə qalan vəsaitlər isə FETÖ layihələrinin icrasına sərf ediləcək”.

Alim xüsusi vurğulayıb ki, FETÖ-nu bu dəyişikliyə məcbur edən əsas amil şəbəkənin 15 iyuldan sonra aldığı zərbələrdir.

Yeniçağ.Az

www.yenicag.az

1106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv