“FETÖ əməliyyatı”nda yeni dalğa: 81 vilayət, 8 min 500 polis

FETÖ terror şəbəkəsinin hüquq-mühafizə orqanlarındakı strukturlarına qarşı növbəti genişmiqyaslı əməliyyat başlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaradan idarə edilən və ölkənin 81 vilayətində eyni vaxtda başlayan əməliyyata 8 min 500 polis cəlb olunub.

Davam edən əməliyyatın ilkin mərhələsində 54 vilayətdə 803 nəfər gözaltına alınıb.

Yeniçağ.Az