!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ ilə mübarizə və 15 iyul dövlət çevrilişi təşəbbüsü - DƏYİRMİ MASA

!Reklam – Yazi

15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələrinin içinə sızmış olan “Fetullahçı Terror Təşkilatı” (FETÖ) üzvü bir qrup əsgər və onlarla əməkdaşlıq edən bəzi mülki şəxslər tərəfindən həyata keçirilməyə çalışılan hərbi çevriliş təşəbbüsü Türk millətinin böyük müqaviməti nəticəsində darmadağın edildi.

Demokratik seçkilərlə hakimiyyətə gəlmiş olan hökuməti və prezidenti yıxmağa çalışan çevrilişçilərin demokratiyanı müdafiə edən vətəndaşlara F-16 təyyarələriylə, tanklarla və ağır silahlarla atəş açması nəticəsində 249 nəfər şəhid edildi, 2193 nəfər isə yaralanaraq qazi oldu. 15 iyul hərbi çevriliş cəhdi sadəcə, Türkiyənin yaxın tarixi baxımından deyil, eyni zamanda dünya demokratiya tarixi baxımından da bir dönüş nöqtəsidir.

15 iyul 2016-cı il tarixində həyata keçirilməyə çalışılan hərbi çevriliş təşəbbüsünün ildönümündə “TRT World Research Centre” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən dəyirmi masa təşkil ediləcək. İyul ayının 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə “15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə” mövzusu müzakirə olunacaq.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin 2 üzvü -Ayşe Kesir (AK Parti millət vəkili), Necdet Ünüvar (Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri, AK Parti millət vəkili) və tədqiqatçı Fatih ER (TRT World “Xəbərlər” redaksiyasıın direktoru) məruzə ilə çıxış edəcəklər.

Yenicag.az

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv