Türkiyədə bir qrup vətəndaş şəhit Ömər Xalisdəmirin işində təqsirkar olan şəxslərin üzərinə yağlı kəndir ataraq, FETÖ teror təşkilatının başçısı Gülənin maketini asıb.
Yeniçağ.Az xəbər verir ki, Xüsusi Təyinatlılar Komandanlığını ələ keçirmək istəyən Semih Terziyi vurmaqla çeviriliş cəhdinin qarşısının alınmasında böyük rolu olan şəhit Ömər Xalisdəmirin işində təqsirkar olanlar ədliyyəyə gətirilib.
Bu zaman vətəndaşlar ədliyyənin qarşısına yığışaraq, “Vətən xaini FETÖ-nün qulluqçuları”, “Papalığın Troya atı”, “Oğru FETÖ”, “Qatil FETÖ” kimi şüarlar səsləndiriblər. Daha sonra aksiyada iştirak edənlərin bəziləri təqsirkarların üzərinə kəndir atıb, ədliyənin qarşısında Fətullah Gülənin maketini asıblar.
Buradan daha ətraflı məlumat əldə edə və videoya baxa bilərsiniz
Yeniçağ.Az