Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

FETÖ-nun 15 iyul çevriliş cəhdinin ildönümü: Ərdoğan saat 02.32-də xalqa müraciət edəcək - Video

FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul uğursuz çevriliş cəhdinin 1-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qeyd olunan hadisənin 1-ci ildönümü ilə əlaqədar iyulun 15-i saat 13-00-da Böyük Millət Məclisinin (TBMM) xüsusi iclası keçiriləcək.

TBMM spikeri İsmail Kahramanın sədrliyi ilə baş tutacaq iclas İstiqlal Marşının oxunması və birdəqiqəlik sükutla açılacaq.

Kahramanın çıxışından sonra parlamentdəki partiyaların təmsilçilərinə 10 dəqiqəlik limitlə çıxış üçün söz veriləcək.

TBMM-nin xüsusi iclasını xarici diplomatik korpusun nümayəndələri ilə yanaşı, vətəndaşlar da onlar üçün ayrılmış yerlərdən izləyə biləcəklər.

Daha sonra tədbir Şəhidlər Körpüsündə təşkil olunacaq mərasimlə davam edəcək və proqram Məclisin Şərəf Qapısının önündə quraşdırılacaq nəhəng monitorla yayımlanacaq.

FETÖ-nun çevriliş cəhdi zamanı TBMM-ə ilk mərminin atıldığı saat 02-32-də prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Məclisin Şərəf Qapısının önündə “Video Mapping” sistemi əsasında bir il əvvəlki hadisələrin videoxülasəsi təqdim olunacaq.

Ərdoğan həmin dəqiqələrdə xalqa müraciət edəcək.

Yenicag.Az

Loading...

www.yenicag.az

812
reyting.az
www.interpress.az
www.busaat.az
www.veteninfo.com
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100