!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nun 3 min nəfərlik “fahişələr ordusu” var – Gülənin müridlərinin dilləri ‘‘açılır’’

!Reklam – Yazi

FETÖ işi üzrə keçirilən məhkəmə prosesində şahid kimi dindirilən Çetin Acar bu terror təşkilatının “fahişələr ordusu” yaratdığını, ora topladığı qadınları siyasətçilərin, istintaq orqanları təmsilçilərinin ağuşuna atdığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən FETÖ terror şəbəkəsinin işi ilə bağlı başlayan məhkəmə prosesinin 3-cü günündə təşkilatın hərbi xidmət məsələləri üzrə məsul imamı olduğu bildirilən Hacettepe Universiteti riyaziyyat fakültəsinin məzunu Çetin Acar şahidlik andı içərək, şok detallar açıqlayıb.

Ç.Acar, Camaatın 3 min nəfərlik “fahişələr ordusu” yaratdığını, ora cəlb etdikləri qadınları onların əleyhinə çıxan istintaq orqanları əməkdaşlarının, siyasətçilərin, millət vəkillərinin ağuşuna ataraq, şantaj etdiklərini söyləyib.

“İmam”ın sözlərinə görə, yaradılmış “fahişələr ordusu”na keçmiş polis rəisi Cihangir Çelik rəhbərlik edib.

İfadə verdiyi zaman tez-tez “Rəbbim məni əfv etsin”, “Millətim məni əfv etsin”, “Günahım varsa, cəzamı verin” deyə hayqıran Ç.Acar bu mübarizəni Fətullah Gülən – Rəcəb Tayyib Ərdoğan qarşıdurması hesab etmədiyini, bunun Türk millətini, Türk dövlətini, Türk ordusunu ələ keçirtmək istəyən İsrail-Amerika adından təşkil olunmuş əməliyyat olduğunu bildirib.

Hazırda müttəhimlər kürsüsündə əyləşən Kazım Avcı ilə tanış olduğunu, onun Türk Silahlı Qüvvələri üçün daha çox əsgər hazırladığını, Ordu sıralarına 10-a yaxın tələbə yerləşdirdiyini dilə gətirən Ç.Acar bu barədə belə deyib:
“Ordu sıralarına tələbə yerləşdirmək məsələsində mən öndə idim. Allah nəsib edərsə, FETÖ ilə mübarizədə də öndə olacağam”.

Ç.Acar ifadə verərkən məşhur “Ergenekon” prosesinin hakimlərindən biri olmuş Sedat Sami Haşıloğlu barəsində də danışaraq, onun Hərbi Hava Məktəbini bitirdiyini, sonra isə Ankarada Hərbi Məktəbdə xidmət etdiyini (Camaat üçün) vurğulayıb.

Fətullah Gülənin rəhbərinin İshak Alaton olduğunu, ancak FETÖ liderinin Üzeyir Garihdən əmr aldığını söyləyən Ç.Acar bu əlaqədən bəhs edərkən, “Hələ də FETÖ-nun tərkibində olanların vay halına, Fətullah terror təşkilatıdır deməyənin vay halına”, “Allah sənin bəlanı versin, Fətullah” kimi ifadələr işlədib.

Ç.Acar daha sonra Kemalettin Özdemir haqqında danışaraq, onun ikili oyun oynadığını iddia edib:
“Polis orqanlarına kimlərin FETÖ-yə bağlı olduğuna dair siyahılar ötürür, kimi istəyirsə, o siyahılara yazdırırdı. Öz adamlarını iş başına gətirməyə cəhd göstərir, yeni şəbəkə qururdu. Kemalettin Özdemir ikili oyun oynayır”.

Müttəhimlərin xüsusilə, “fahişələr ordusu” iddiasına yönələn etirazlarına, mənbəni açıqlamaq tələbinə cavab verən Ç.Acar dediklərinin arxasında dayandığını bəyan edib:
“Mən həm də yazaram. Danışmıram, danışdırıram, Dediklərim dəqiq məlumatlardır. Yaxın vaxtlarda hər şey üzə çıxacaq və bunlar rəzil olacaqlar”.

Çetin Acardan sonra FETÖ-nun Polis Akademiyasında və Polis Kollecində strukturlaşmasından danışan Nihat Demirbüken 1990-cı ildə 40-a yaxın tədqiqatçının Akademiyaya qəbul edildiyini, bunların əksəriyyətinin Camaata mənsub olduğunu açıqlayıb. Onun sözlərinə görə bu təşkilatlanma işlərini Salih Tuzcu, Recep Gültekin və dosent İsmet Toprak həyata keçirib. O, əlavə edib ki, daha sonra həmin 40 nəfərdən 35-i İngiltərəyə göndərilib. 1994-1995-ci illərdə Türkiyəyə geri dönən 35 nəfərlik qrupda yalnız 4-5 nəfər doktorluq işini tamamlayıb. N.Demirbüken qeyd edib ki, İngiltərəyə göndərilmiş tədqiqatçılar hətta Kemalettin Özdemirə də tabe olmurdular. O, bildirib ki, 2014-cü ilə qədər Polis Akademiyasında dərs deyən müəllim kontingentinin 95 faizi FETÖ üzvü olub.

 

Yeniçağ.Az

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv