!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nün "çağlayan" "İstək"i bitdi? - Gülən məktəbləri ilə bağlı acı gerçəklər

!Reklam – Yazi

Bu günlərdə Azərbaycanın gündəmi xeyli məşğul olduğundan “İstək” liseyinin özünü xarakiri etməsi, daha doğrusu bağlaması o qədər diqqət mərkəzində olmadı. Ən azından sələfi “Çağ” bağlandığı zaman lisey uşaqlarının ajiotajı bu dəfə müşahidə olunmadı. Bir-iki Feysbuk istifadəçisinin, xüsusilə, bütün işi-gücü iqtidarı tənqid etmək olan aktivistlərin acılı statuslarını saymasaq…

“İstək”lə FETÖ-nün nə əlaqəsi vardı sualına ən yaxşı cavab elə liseyin dəst-xətti ilə yanaşı məsləhətçisinin kim olmasıdır. Hələ iki-üç il öncə qeyd etmişdik ki, FETÖ-nün sabiq Azərbaycan imamı Ənvər Özərənin (Hazırda Belçikada qaçaq həyatı yaşayır) baş müşaviri Nazim Əkbərov bu liseylərin baş müşaviridir. Xatırladaq ki, Ənvər Özərənin iki adamından biri Məsut Kurnaz idisə, digəri Nazim Əkbərov idi.

Onu da qeyd edək ki, Nazim Əkbərov açıq şəkildə öz Facebook səhifəsində “Biz adam yetişdiririk. Oğlunuzu bizə verin, əl-ələ verək, onu vətənə, xalqa xeyirli övlad edək” yazıb. Bu sözdə əslində gizli etiraf var. Çünki biz də iddia edirik ki, Gülən adam yetişdirir, lakin vətəninə, millətinə deyil, Gülənə bağlı adamlar. Dövlət içərisinə sızdırmaq üçün gərəkli olan adamlar. Həm də nə üçün “oğlan”? Məsələ adamların anti-feminist olduqları deyil, sadəcə qadın üzərinə heç vaxt plan qurmadıqlarından və oğlanın qadından daha çox yüksəlmə ehtimalı olduğundan qızlara deyil, oğlanlara üstünlük verilir.

Üstəlik, “İstək” liseyi 2014-cü ildə yaranmasına baxmayaraq, öz reklamlarında 20 illik təcrübədən bəhs edərək, açıq şəkildə “Çağ Öyrətim”in varisi olduğunu təsdiqləyirdi.

“İstək”in “Çağ Öyrətim”in varisi olduğunu fəaliyyət göstərdiyi binalar da göstərirdi. Belə ki, Bakı, Quba, Mingəçevir, Ağdaş, Gəncə, Lənkəran və Şirvanda yerləşən “Çağ Öyrətim”in binaları hazırda “İstək” liseyinin balansındadır.

Bundan başqa, eynilə “Çağ Öyrətim”də olduğu kimi, “İstək”in də ön planda tutulan “beynəlxalq olimpiadalar” və “bol medalları” da illuziyadan ibarətdir. Belə ki, Gülənin dünyadakı liseyləri arasında keçirilən fənn olimpiadalarında bizim seçilmiş uşaqlarımız medal sahibi olurlar. Belə ki, bir neçə il öncə sırf Gülən Şəbəkəsinə atası böyük məbləğdə “himmət” verdiyi üçün Bursada keçirilən olimpiadada sonuncu olmağa belə layiq olmayan birisi (həmin şəxs hazırda Türkiyəyə gedə bilmir) birinci yerə “layiq görülüb”. Və ya bu olimpiadalarla bağlı əvvəlki yazılarımızdan gətirəcəyimiz bir neçə sitat məsələ ilə bağlı həqiqəti görməyinizə azacıq da olsa, yardımçı ola bilər.

“FETÖ-nün “Beynəlxalq olimpiadalar” yalanı – Lisey məzunu “İstək”in “medal”larından yazır” başlıqlı məqalədə özü də “Çağ Öyrətim” məzunu olan Samir Babaoğlu yazırdı:
“İstək Liseylərinin 2016-cı ildə iştirak etdiyi bir neçə olimpiadayla bağlı qısa məlumatı sizə təqdim edirəm:
1. Bu ilin iyun ayında Nyu York ştatının Osveqo şəhərində VI GENIUS Beynəlxalq Layihə Olimpiadasında “Azərtac”ın xəbərinə görə, İstək Liseyləri bir gümüş, iki bürünc medal qazanıb. Olimpiadanın təşkilatçısı FETÖ-nün Nyu-Yorkdakı qurumu “Terra” Elm və Təhsil Fondudur.
http://www.geniusolympiad.org/…/judging/sponsorship/sponsors
Olimpiadada 60 ölkədən 270 nəfərə medal paylanılıb.
2. İyun ayında Rumıniyanın Buxarest şəhərində keçirilən 14-cü “International Computer Project Olympiada-2016” (InfoMatrix) beynəlxalq layihə olimpiadasında İstək Liseyləri 2 qızıl, 3 gümüş və 2 bürünc qazanıb.
Olimpiadanın təşkilatçısı FETÖ-nün Rumıniyadakı qurumu “Lumina” Eğitim Kurumlarıdır.
http://www.infomatrix.ro/organizer
Olimpiadada 48 ölkədən neçə nəfərin iştirak etdiyi tam bəlli olmasa da, toplamda 221 medal paylanılıb.
3. May ayında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 33-cü Balkan Riyaziyyat Olimpiadasında İstək Liseyi bir gümüş bir bürünc medal qazanıb. Olimpiadanın saytı “hack”ləndiyinə görə ( http://www.bmo2016.al ) təşkilat komitəsini və sponsorlarını dəqiqləşdirmək mümkün olmadı, amma 19 ölkədən 109 nəfərin iştirak etdiyi olimpiadada 69 nəfər medal ( 12 qızıl, 20 gümüş, 37 bürünc) 10 nəfər də fərqlənmə diplomu alıb.
4. Aprel ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “International Young Inventors Project Olympiad”da İstək Liseyləri 4 gümüş medal qazanıb.
Olimpiadanın təşkilatçısı FETÖ-nün Gürcüstandakı təhsil qurumu “Caglar Institutions Demirel College”dir.
http://iyipo.ge/en/page/id/13/oraganization
Olimpiadanın saytından hansı ölkələrin iştirak etdiyini aydınlaşdırmaq mümkün olsa da, kimin nə qazandığını tapmaq mümkün olmadı. Gördüyüm qədəriylə, 38 ölkənin hamısına medal paylayıblar.
5. Aprel ayında Qazaxıstanda keçirilən “InfoMatrix Asia Pacific” kompyuter layihə olimpiadasında İstək Liseyləri 4 qızıl, 2 gümüş medal qazanıb.
Olimpiadanın təşkilatçısı FETÖ-nün Qazaxıstandakı universiteti olan Süleyman Demirel Üniversitetidir.
http://infomatrix.kz/
Olimpiadada 13 ölkəyə təxminən 400 medal paylanıb. Azərbaycana da 6 medal düşüb.
6. 2015-ci ilin dekabr ayında Cənubi Koreyada keçirilən XII Beynəlxalq Elm Olimpiadasında (IJSO 2015) İstək Liseyləri 2 gümüş, 3 bürünc medal qazanıb. Azərbaycanın 6 şagirdlə iştirak etdiyi olimpiadada 42 ölkədən 252 nəfər iştirak edib. 252 şagirddən 168-ı medal qazanıb.

Bu yazdıqlarımdan bir şey başa düşmək istəməyənlər üçün qısa açıqlama da verim. Birinci sıradakı Nyu Yorkda keçirilən Genius Olympiad-a nəzər salaq: 60 ölkədən 270 nəfərə medal paylanılıb. Bu 60 ölkədən iştirak edənlərin hamısı FETÖ-nün məktəblərində oxuyan şagirdlərdir. Bunlar Nyu Yorkda “qazandıqları” medalları aparırlar ölkələrinə və öz ölkələrinin AZTV-lərinə çıxıb qürurla ölkələrini xaricdə necə təmsil etdiklərindən ağız dolusu danışır, təhsil nazirliklərində qəbul edilib hədiyyələr alırlar. Və bu medallar FETÖ məktəblərinin propoqanda vasitəsi olaraq həmin ölkələrdə illərlə istifadə olunur. Təbii ki, heç kim də bu olimpiadaların məqsədinin nə olduğunu araşdırmır”.

Qayıdaq, bunların olimpiadalarında iştirak edən senatorlara, lordlara və ya İvanka Trampa. Təkcə, Vikiliks sənədləri göstərdi ki, Avropada və ya Amerikada hansısa senator ya da lordu harasa dəvət etmək və ondan ürəyin istəyən çıxışı etməsini istəmək, çox sadədir. Qonorarını ödə, gəlsin, istədiyini deyib, getsin. Sabah isə tam əks mövqe sərgiləsin. Təəssüf ki, belə bir biznesin varlığından xəbərsizləri aldatmaq, gözlərinə kül üfürmək çox asandır. Gülən Şəbəkəsinin ən yaxşı bildiyi iş də məhz gözə kül üfürüb, saman altından su yeritməkdir. Necə ki, illərlə “məktəblərimiz bağlandı” adı altında, “Çağ”larını “İstək”, “Araz” kurslarını isə fərqli adlar altında fəaliyyət göstərən və “Güvən” Nəşriyyatının çap etdiyi dərslikləri istifadə edən “Hazırlıq Mərkəzləri” ilə davam etdirirlər.

İndi “İstək” bağlandı deyilir, ancaq bu liseyin xələfinin hansı adda peyda olacağı hələ ki bəlli deyil. Çünki FETÖ birbaşa ailələrə, həm də vəzifə sahibi olanlara ən qısa çıxış yolu olaraq, təhsil sistemini seçib və bu yolu öz arzusu ilə heç vaxt bağlamaz. Təzyiq olsa da, Gülənin mütləq bir B planı vardır. Gözləyək…

Aqil Ələsgər

www.yenicag.az

4269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv