FETÖ-nün ən “qanlı” adamı – Helikopterdən adam atdırıb – Video

feto-nun-icel-i-8777884_x_1063_300Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, FETÖnün “Keçmiş Ege hərbçilərindən” olan Hüseyn Uğur Sarıçiçek, Cənubi Afrika imamı Necdət İçeldən danışıb.

FETÖyə qarşı həm ölkədə həm də xaricdə geniş əməliyyatlar başladılıb. Qanlı şəbəkənin üzvləri haqqında saxlanılma qərarı çıxarılıb. Onlardan birinin də Cənubi Afrika imamı olaraq bilinən Necdət İçel olduğu məlum olub. Onun haqqında şok məlumatlar verən isə FETÖnün keçmiş Ege Hərbçisi Hüseyn Uğur Sarıçiçek adlı çəxsdir. Sarıçiçek, bu şəbəkəyə aid 200-ə yaxın gizli məlumat, sənəd, şəkil və səs yazılarını İzmir şəhəri Baş prokurorluq vəkili Okan Batoya təqdim edib. Bir zamanlar İçelin yanında çalışan Sarıçiçek maraqlı açıqlamalar verib.

 

“Necdət İçel, Gülənə ən yaxın 6 nəfərlik gizli heyətin içində idi. FETÖnün qara qutusu idi. Necdət İçel “Şahinlər Grupu”ndandır. Çox mərhəmətsiz biridir. Bəziləri ortalığa çıxmazdı. Çünki məxfi bütün işləri o görürdü, cinayətləri planlayırdı. Rəhmətlik Muhsin Yazıcıoğlunun ölümündə onun barmağı var idi. Hirsləndiyi biri üçün helikopter qaldırdı. Heydər Meriç cinayətində olduğu kimi adamı helikopterdən yüzlərlə metr yüksəklikdən atdırdı.

Türk Silahlı qüvvələrində FETÖnün yetişdirdiyi çox sayda general səviyyəsində əsgərlər var idi. Paşalar İzmir Torbalıya gələr və İçellə görüşərdi. Bunların içində Baş qərargah Kəşfiyyat Müdiri Mustafa Özsoy da vardı. Özsoy 2007-dən etibarən Necdət İçellə gizlicə görüşür, məlumat gətirir və məlumat alırdı.

Necdət İçel 17-25 Dekabr planlaşdıranlardandır . Gülən, İçeli 17-25 dekabr hadisədən sonra yanına çağırdı. Lakin o, daha əvvəl FETÖdən oğurladığı 17 milyon TLi bavullara gizləyib İsveçrəyə getdi. İzmir havalimanındakı adamları sayəsində pullarla təyyarəyə mindi. Daha sonra Pensilvanyaya qaçdı. Hətta Balıkəsirdə bir sevgilisi var idi. Onun üçün İzmir Torbalıda 600 min TLə ev almışdı. İçel, mafiyaya kürəkənini öldürtmək üçün 600 min lirə verib. Ancaq kirayəlik qatil qorxub qaçmışdı. İçelin, daha sonra tam 3 dəfə, kürəkəni ilə birlikdə, qızı və hətta nəvəsini öldürtmək üçün kirayəlik qatil axtardığını və danışdığını bilirəm.

Necdət İçel, 1990-cı ildə Konya Ilgında qəzaya uğramışdı. Gülən o zaman onu ziyarət etdi. İkisi bir-birini görüncə 40 dəqiqə ağladı! Yəni İçel, Gülənə bu qədər yaxın idi!”, deyə Sarıçiçek bildirib.