FETÖ-nün “pul kisəsi” Türkiyəyə gətirildi

FETÖ-nün “pul kisəsi” olaraq tanınan iş adamı Memduh Çıkmaz xüsusi əməliyyatla Sudandan Türkiyəyə gətirilib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, terror təşkilatının üzvü Memduh Çıkmaz FETÖ üçün “üşr” vergisi adlı xərac toplayırdı. 15 iyul çevriliş cəhdindən sonra pulları Afrikaya qaçıran Memduh Çıkmaz Milli Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı ilə saxlanılıb və Türkiyəyə geri gətirilib.

Qeyd edək ki, məhkəmə 2016-cı ilin yanvar ayında Sudana qaçan iş adamı barəsində həbs qərarı vermişdi.

COP29