Reklam: High Technic
hightechnic

FETÖ-nün yeni xəbərləşmə proqramı - "ooVoo"

FETÖ terror təşkilatınaa qarşı aparılan əməliyyatlarda yeni məlumatlar üzə çıxıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “ByLock” və “2048” ilə bir-birilərinə xəbər ötürən təşkilat üzvləri sözügedən tətbiqlərin ifşasından sonra başqa üsullara əl atıblar. İğdır mərkəzli 18 vilayətdə aparılan anti-terror əməliyyatları çərçivəsində məlum olub ki, FETÖ-çülər “ooVoo” ilə əlaqə saxlamağa başlayıblar. Polis tərəfindən saxlanılan 21 şübhəlinin telefonunda da bu proqram olub.

“Google Hangouts”, “Skype”, “Facetime”, “Fring”, “Qik” sosial şəbəkələrində olduğu kimi istifadəçilərə telekonfrans imkanı verən tətbiq çox az insan tərəfindən endirilib.

Hazırda polis əldə olunmuş yeni sübutlarla terrorçuların axtarışına davam edir.

www.yenicag.az

4596