FETÖ o ölkəni ələ keçirdi

1-1473709660“FETO 5 milyon əhalisi olan Qırğızıstana 1992-ci ildə məktəblər açaraq ilk addımını atdı. Elə bütün olanlar da bundan sonra oldu”. A24.Az-ın məlumatına görə, bu barədə Türkiyənin “Karar” qəzetinin bu günkü sayında dərc olunmuş məqalədə bildirilib. Azərbaycanlı jurnalist Aqil Ələsgərin fikrilərinə geniş yer verən müəllif FETO-nun Azərbaycanda və Orta Asiyada, xüsusən də Qırğızıstanda güclənməsindən bəhs edib.

Aqil Ələsgər terror təşkilatının Qırğızıstanda iqtisadi və təhsil sahələrində liderliyi ələ alaraq iki istiqamətdən irəlilədiyini bildirib. Aqil Ələsgərin sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra FETO buradakı boşluqdan istifadə edərək tamamilə ölkədə möhkəmlənməyi bacarıb.

 

sessiz2“Hazırda Qırğızıstanda xarici dəstək deyildiyində ilk ağıla gələn FETO-çular olur. Ölkənin iqtisadiyyatına tamamilə hakim olan FETO eləcə də təhsil sistemini də tamamilə ələ keçirib. Ölkədə fəaliyyət göstərən FETO-ya aid məktəblər təxminən 30 min şagirdə təhsil verir. Bu 5 milyon əhalisi olan bir ölkə üçün böyük rəqəmdir. Qırğızıstanın böyük bir hissəsinin və eləcə də ölkəni idarə edən şəxslərin uşaqlarına təhsil verən FETO bu yola dövlət idarəetmə orqanlarına asanlıqla daxil ola bilir”,- deyə jurnalist vurğulayıb.

karar_1

Gənc nəslin 60%-nin FETO məktəblərində təhsil aldığını bildirən Aqil Ələsgər: “FETO sadəcə dövlət orqanlarında deyil, özəl sektorda da, demək olar ki, hakimiyyəti ələ keçirib”,- deyə vurğulayıb.

Aqil Ələsgər Atambayevin bir neçə il əvvəl Türkiyədən yardım istədiyi halda, bu gün Ankaraya arxa çevirməsini “Qırığızıstanda çevriliş çoxdan olub” sözləri ilə izah edib.

Qırğızıstanın, demək olar ki, FETO-dan tamamilə aslı olduğunu söyləyən jurnalist ölkənin daxili vəziyyətini bu cür izah edib.

atambaev

“FETO Türkiyədən daha çox pul verdiyi üçün təşkilatın çevriliş etməsinə ehtiyac qalmayıb. Niyə çevriliş etsin ki, Qırğızıstannın idarəçiliyi onsuz da onların əlindədir. Atambayevin də çevriliş xəbərdarlığını absurd görməsinin səbəbi “əl qolunun bağlı olmasıdır”. Burada artıq söhbət dövlətin mənfəətindən gedir. Çünki dövlət yoxsulluq təhlükəsi ilə üz-üzədir. Pul da FETO-dadır. FETO əlinə götürərsə, məhv olacağını bilir. Ölkənin Afrika ölkələrindən betər bir acıqla qarşılaşacağını anlayır”,- deyə jurnalist açıqlamasında bildirib.

Снимок

 

COP29