Türkiyə Böyük Millət Məclisinin Çevriliş Cəhdini Araşdırma Komissiyasının mütəxəssisləri tərəfindən hazırlanan ilk hesabatına görə Fətullah Gülənin təlimatı ilə ABŞ prezidenti Barak Obamanın Keniyadakı qohumları camaat məktəblərində “pulsuz” oxuyurmuş.
Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən hesabat 936 səhifədən ibarətdir. Komissiya üzvlərinin hələlik tanış olmadığı və təsdiqlənməyən hesabatında isə FETÖ-nun xaricdəki mənbələrinə geniş yer verilib.
Hesabatda o da qeyd edilir ki, “hörümçək toru” kimi dünyanın 160 ölkəsini əhatə edən bu terror təşkilatı Obamanın hakimiyyəti dövründə daha da inkişaf edib. Qeyd edilir ki, FETÖ xüsusilə ABŞ-la əlaqələrinə mühüm önəm verib. Bu dönəmdə Amerikada terror təşkilatına aid məktəblərin sayı sürətlə artıb. Vəzifəli şəxslərlə daha yaxın əlaqələr qurmaq üçün lazımi maliyyəni əsirgəməyib, hətta seçki ilə bağlı bəxşişlər də verilib.
FETÖ-nün 2007-ci ildən İstanbul üzrə imamı, sonra isə Keniya üzrə təmsilçisi olan Ahmet Kara Barak Obamanın inaqurasiyasına dəvət edilənlərdən biridir. Daha sonra Ahmet Kara Fətullah Gülənin təlimatı ilə Obamanın Keniyadakı qohumlarının camaat məktəblərində pulsuz oxumasını təmin etməklə yanaşı, həm də bu ailələrlə yaxından əlaqələr qurmağa nail olub.
Yeniçağ.Az