!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ “təmizləməsi”: 5 min simpatizan universitetlərdən qovulub

!Reklam – Yazi

Türkiyədə 15 iyul çevriliş cəhdinin təşkilatçısı olan FETÖ terror şəbəkəsinə bağlılığı üzə çıxan 4 min 811 alim iş yerini itirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin milli təhsil naziri İsmet Yılmaz açıqlayıb.

Milli təhsil naziri İsmet Yılmaz ana müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Engin Özkoçun bu məsələ ilə bağı verdiyi sorğunu Ali Təhsil Qurumundan alınmış məlumat əsasında cavablandırıb.

Nazirin açıqlamasına görə, 15 iyul çevriliş cəhdindən sonra FETÖ-ya bağlılığı müəyyənləşən 4 min 811 tərəfdar işdən çıxarılıb.
Daha sonra onlardan  86 nəfər  işə bərpa olunub. İşdən çıxarılmış 2 min 221 ali məktəb müəllimindən 1 139-u bir müddət sonra işlə təmin edilib.

Yeniçağ.Az

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv