www.sinerjipro.net

SinerjiProWide
Reklam

15555884_839202196223085_2094327112_nUzun illərin FETÖ-MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) bağlantısı aşkar oldu.

Türkiyədə 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra ortaya çıxan bir çox gizli sənədlər cəmiyyətdə böyük ajiotaj yaradıb.

Oxucularımıza təqdim edəcəyimiz bu materialda ABŞ kəşfiyyatı və FETÖ arasındakı sıx əlaqələrin bəzi gizli məqamlarını ortaya çıxarmağa çalışacağıq.

Yeniçağ.Az xəbər verir ki, Büyükadada bir zamanlar ingilislərin işğal qərargahı kimi istifadə etdikləri oteldə 15 iyul ərəfəsində Henri Barkey adlı ABŞ kəşfiyyatının çevrilişlər üzrə mütəxəssisi Henri Barkey qalıb. Türk mediasına MİT-dəki qaynaqlardan sızan məlumata görə, Henri Barkey “Ilımlı İslam” ideyasının müəllifi və FETÖ-nün ABŞ-a yerləşməsinin təşkilatçısı olan Qraham Fullerlə eyni şöbədə fəaliyyət göstərib.

f1-768x238

 Henri Barkey

Uğursuz çevriliş cəhdindən sonra ABŞ ordusunun Mərkəzi Qüvvələr komandanı (CENTCOM) general Yozef Votel Ağ Evə “Türk ordusunun içərisindəki bir çox adamımız həbs edildi və buna görə də çevriliş planı iflasa uğradı” raportunu verib.

f2-768x228

 Yozef Votel            

15 iyul uğursuz çevriliş zamanı qiyamçı general və zabitlərin ciblərindən Gülən tərəfindən ovsunlanmış 1 dollarlıq əskinaslar çıxdı. Çevriliş gecəsi əsir götürülmüş Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akar verdiyi ifadəsində xuntaçıların onu Fəthullah Gülənlə görüşdürmək istədiklərini bildirdi.

f3-768x204

Hulusi Akar      

2008-ci ildə Rusiyaya qaçan FETÖ-cülər daha sonra Türkiyəyə qayıtmaq əvəzinə Kanadadan siyasi sığınacaq istədilər. Kanadanın miqrasiya isə ABŞ-ın “Ceymstaun Fondu” adlı beyin mərkəzinə müraciət edərək, bu şəxslər haqda məlumat və məsləhət istədi. “Ceymstaun Fondu” FETÖ-çülərin “problemsiz adamlar” olduğu haqda Kanada miqrasiya xidmətinə məlumat verərək onların bu ölkədə yerləşməsinə şərait yaratdı. Daha sonra aparılan araşdırmalar zamanı məlum oldu ki, “Ceymstaun Fondu” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı araşdırma institutudur və bu xüsusi xidmət orqanının maraqlarına uyğun hesabatlar dərc edir. Fondun rəhbərlərindən biri Maykl Hayden 2006-2009-cu illərdə MKİ-nin direktoru olub. Bu isə FETÖ-nün birbaşa ABŞ kəşfiyyatı ilə əlaqəsini isbatlayır.

michealhayden-1-768x262

   Maykl Hayden            

FETÖ lideri Fəthullah Gülən ABŞ-in Pensilvaniya ştatında bir neçə hektar ərazisi olan malikanədə yaşayır və terror şəbəkəsini buradan idarə edir. Malikanə və onun ərazisi MKİ tərəfindən ən yüksək səviyyədə qorunur.

f4

   FETÖ-nün ABŞ-dakı qərargahı

FETÖ və MKİ arasındakı bağlantının kökünü tapmaq üçün bir az geriyə, 1965-ci ilə qayıtmaq lazımdır. 15 dekabr 1965-ci il tarixində Süleyman Dəmirəlin yaxın dostu İsmər Sezginin təşəbbüsü ilə Diyanət İşləri Başkanlığına başkan müavini postuna Yaşar Tanagür təyin edildi və Tanagür də Güləni diyanətin şurasına daxil etdi. İzmirdə fəaliyyətə başlayan FETÖ-nün toplantılarında daha sonra başda Dəmirəl və Sezgin olmaqla Türkiyənin əksər siyasətçiləri iştirak etməyə başladılar. Həmin toplantıların daimi iştirakçılarından biri də MKİ casusu Qraham Fuller olub.

f5

 Yaşar Tanagür

Fuller Türkiyə, Əfqanıstan və Yaxın Şərqin digər ölkələrində MKİ-nin həyata keçirdiyi bir çox əməliyyatda iştirak edib. Əhalisinin sayı milyarddan çox olan müsəlman dünyasını ABŞ-ın quluna çevirmək üçün hazırlanan bir çox layihənin müəlliflərindən biri məhz Qraham Fullerdir. Gülən ABŞ-a qaçdıqdan sonra FTB onu deportasiya etmək istəyir və bu zaman məhz Fuller işə qarışaraq Gülən üçün “oturma izn i” alır. Gülənin ABŞ-a köçürülməsi əməliyyatını isə MKİ 1999-cu ildə Ankaranın keçmiş polis rəisi Cövdət Saral tərəfindən ona qarşı qaldırılmış “Paralel dövlət” cinayət işindən sonra həyata keçirib. Öz adamlarının həbs ediləcəyindən qorxaraq onu dərhal ABŞ-a apardılar. Cövdət Saral türk polisinin ən cəsarətli zabiti kimi 19 il əvvəl yazdığı geniş raportla Gülən şəbəkəsinin parazit kimi dövlətin daxilini tutduğunu bildirmişdi. Raportda Saral Gülən şəbəkəsi ilə MKİ arasındakı əlaqələri ortaya çıxarmışdı.

f6

   Qraham Fuller

MKİ yaxın tariximizdə hazırladığı çevriliş planları ilə Misir, Tunis, İraq, Suriya, Liviya, Yəmın, Ukrayna, Gürcüstan kimi ölkələrdə rejim dəyişdirdi. Rejimləri dəyişdirə bilmədiyi ölkələrdə isə daxili müharibələr yaradaraq bu dövlətləri qanlı müharibənin caynağına verdi. Növbəti çevriliş planı 16 iyul 2016 tarixində Türkiyədə həyata keçirilməli idi. Bu plan isə türk xalqının iradəsi ilə baş tutmadı.

f7

                          Cövdət Saral

Beləliklə, bütün məlumat və materialların analizindən sonra məlum olur ki, FETÖ qruplaşması Qərbin imperialist qüvvələri tərəfindən Türkiyəni qul etmək üçün yaradılmış nəhəng casusluq şəbəkəsidir. Şəbəkənin qarşısına qoyulmuş vəzifə isə aşağıdakılardır:

– Dövlət orqanları daxilinə sızmaq;

– Siyasi partiyaları nəzarətə götürmək üçün bu partiyaların yerli və mərkəzi strukturlarına öz adamlarını sızdırmaq;

– Media orqanlarındakı jurnalist və müxbir kontingenti arasına qruplaşma üzvlərini yerləşdirmək;

– ABŞ kəşfiyyatına işləmək üçün münasib kadrları üzə çıxarmaq.

Fəaliyyət üsuluna diqqət yetirildikdə FETÖ-nün “Həsən əs-Sabbah və Xaşxaşilər” gizli təşkilatı kimi qurulduğunun şahidi oluruq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."