!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ və Adnan Oktar çetesi: Aralarındakı 6 inanılmaz bənzərlik

!Reklam – Yazi

FETÖ terror şəbəkəsi ilə bu günlərdə həbs olunan Adnan Oktar təriqətinin gizli kodlarının müqayisəsi ortaya ilginc nəticələr çıxarıb.

Yenicag.az xəbər verir ki, Türkiyə mediası FETÖ şəbəkəsinin uzun müddətdir, ABŞ-ın Pensilvaniya ştatında məskunlaşmış rəhbəri Fətullah Gülən ilə bir tərəfdən Amerikaya, digər tərəfdən İsrailə bağlı olan Adnan Oktarın yollarının “kəsişmə nöqtələri”ni müəyyənləşdirib.

Bu şəbəkələrin və onların liderlərinin əsas bənzərlikləri:

1. Təxəllüslə kitab yazdılar
1970-ci illərdən etibarən, “yaradıcılıq” fəaliyyəti göstərən Fətullah Gülən o tarixdən bu yana bir çox kitablarını “Abdul Fettah Şahin”, “Saffet Senih”, “Şemsettin Nuri” kimi imzalarla çap etdirib.
Yəhudilik, masonluq, Darvinizm, yaranış və sair mövzularda yazdığı kitablarla beynəlxalq rəyin diqqətini cəlb edən Adnan Oktar da həmin əsərlərini Harun Yahya təxəllüsü ilə imzalayıb.

2. Dinlərarası dialoqçular
Fətullah Gülən 2000-ci illərdən etibarən, Vatikanla apardığı müzakirələrdə və qatıldığı simpoziumlarda dinlərarası dialoqu dəstəkləyir. Adnan Oktar da əksər söhbətlərində “Musəvilər bizim qardaşımızdır. Xristianlar bizim canımız-ciyərimiz, qardaşlarımızdır. Mənim dialoq dediyim budur” kimi fikirlər səsləndirib.

3. Müridləri onları “Mehdi” adlandırır
Fətullah Gülən “Dünya zülmlə dolduqda, Məsih gələcək”, deyirdi. Gülənin müridləri isə FETÖ liderini “Gözlənilən saleh zat” adlandırırlar. Adnan Oktar isə Mehdi haqqında danışarkən, onun yerində özünü nəzərdə tutaraq, “Mehdinin xüsusiyyətləri mənə çox bənzədiyi üçün belə qənaətə gəlirlər”, deyirdi.

4. Yəhudilərə münasibətləri dəyişdi
Fətullah Gülən “Əvvəllər “Quran” ayələrini səhv anlamışam, sonradan yəhudilərə münasibətim dəyişdi”, deyirdi. Onunla yanaşı Adnan Oktar da yəhudiləri artıq tənqid etməməsinin səbəbini belə “izah” edib: “Biz Mehdinin tələbəsiyik. Yəni “Tövrat”da qeyd olunan Moşiyahın, hədislərdə adı çəkilən Mehdinin tələbəsiyik”.

5. İsraillə yaxın münasibətlər qurdular
Fətullah Gülən 2010-cu ildə baş verən “Mavi Mərmərə” basqınını dəyərləndirərkən, “İsrailin razılığı olmadan hərəkət etmək nüfuza baş qaldırmaqdır”, demişdi. Adnan Oktarın “pişiyim” dediyi Aylin Kocaman isə o zaman İsrailin “Jerusalem Online” saytına müsahibə vermiş, başqa müridləri də Tel-Əvivin mövqeyini dəstəkləmişdilər.

6. Amerikanı hər zaman dəstəklədilər
Fətulllah Gülən 1999-cu ildə ABŞ-a qaçdı və şəbəkəsini oradan idarə edir. Adnan Oktar da 2011-ci il avqustun 7-də ABŞ hərbi pilotlarının təlim keçdiyi ölkənin ən böyük aviabazalarından biri olan Laklanda öz təmsilçisini göndərərək, orada Darvinizm haqqında məlumat verdi. ABŞ Hərbi Hava Qüvvvələrinin komandanlığı həmin təmsilçi vasitəsilə Oktara medal da göndərdi.

www.yenicag.az

5434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv