!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-ya qarşı “Akıncı itthamnaməsi” açıqlanıb: 25 generala 303 dəfə ağırlaşdırılmış cəza istənilir

!Reklam – Yazi

Ankara Cümhuriyyət Baş Prokurorluğu 15 iyul çevriliş cəhdi zamanı FETÖ terror şəbəkəsinin əsas dayaq məntəqəsinə çevrilmiş “Akıncı” aviabazasında baş verənlərlə bağlı ittihamnaməni məhkəməyə göndərib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamnamə 45-i vəzifəli şəxs olmaqla 481 nəfəri əhatə edir.

Məlumata görə, 570 cild və 658 səhifədən ibarət olan ittihamnamədə 1 ordu generalı, 6 general-leytenant, 18 general-mayor, 22 polkovnik, 26 polkovnik-leytenant, 33 mayor, 56 kapitan, 62 baş leytenant, 115 leytenant, 131 kiçik leytenant ve 1 baş gizirin adı var.

İttihamnamədə əsas şübhəli şəxs qismində FETÖ lideri Fətullah Gülən, 2-ci şübhəli şəxs olaraq istintaqdan yayınan “imam” Adil Öksüz, 3-cü şübhəli şəxs kimi isə “imam” Kemal Batmaz göstərilib. Hərbçilər arasında əsas şübhəli şəxs olaraq Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk qeyd olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri İsmail Kahraman, Ədliyyə naziri Bekir Bozdağ və bir sıra millət vəkillərinin şikayəti əsasında hazırlanmış ittihamnamədə cinayətdə təqsirləndirilən əsas 45 şəxsə 303 dəfə ağırlaşdırılmış cəza istənilib.
Çoxdetallı bilgilər əsasında hazırlanmış ittihamnamədə 15 iyul çevriliş gecəsi FETÖ-çuların “Akıncı” aviabazasındakı fəaliyyəti və hökumətin həyata keçirtdiyi cavab tədbirləri ətraflı təsvir edilib.

Yeniçağ.Az

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv