FETÖ-yə ağır psixoloji ZƏRBƏ – ABŞ-də Türkiyə qazandı, terror təşkilatı uduzdu

“Fətullahçı” terror təşkilatına (FETÖ) bir zərbə də ABŞ-də yerləşən İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdən (ICSID) gəlib.

Yenicag.az xəbər verir ki, terror təşkilatı FETÖ-nün media orqanı olan “Zaman qəzeti”nin bütün mal varlığının müsadirə edilməsindən sonra saxta şirkətlə Türkiyə Cümhuriyyəti əleyhinə 100 milyon avroluq təzminat tələbi irəli sürərək məhkəməyə müraciət etmişdi.

Bundan sonra İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID) məsələni araşdıraraq terror təşkilatının saxta şirkətinin təzminat tələbini rədd edib. Beləliklə, məhkəməni Türkiyə Cümhuriyyəti qazanıb.