ABŞ-də yaşayan FETÖ Terror Şəbəkəsinin rəhbəri Fətullah Gülən Pensilvaniyadakı malikanəsindən qaçırıldığı iddia olunub.
Yenicag.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat dərc edib.
Telekanalda yayımlanan məlumatın təsdiqi hələ ki, yoxdur. Türkiyə hakimiyyəti Güləni 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdinin və digər hökumət əleyhinə aksiyaların təşkilində ittiham edir.
“Hürriyet” qəzetinin Ankara ofisinin rəhbəri Hande Fıratın “CNN Türk” telekanalına verdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan videoda onun qardaşı oğlu Gülənin qaçırıldığını iddia edib. Bildirilir ki, o, aprel ayında təşkilatın yüksək səviyyəli nümayəndələri tərəfindən hipnoz altında oğurlanıb, gizli yerə aparılıb.
Aralarında təhlükəsizlik ekspertləri və media nümayəndələrinin də olduğu “CNN Türk” iştirakçıları 100-dən çox ölkədə fəaliyyət göstərən FETÖ-nün illik dövriyyəsinin 200 milyard dollara yaxın olduğuna diqqət çəkib:
“FETÖ-nün fəaliyyətinin miqyası və idarə olunan maliyyə axınlarını nəzərə alsaq, istənilən əməliyyat Gülənlə, əgər baş vermiş olsaydı, kəşfiyyat xidmətlərinin, bu halda CIA-nın iştirakı olmadan həyata keçirilə bilməzdi”, – deyə təhlükəsizlik üzrə ekspert Abdulla Ağar bildirib./unikal