!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullah Gülənin evi tövləyə çevriləcək: “O, terrorçu yetişdirirdi, biz heyvan saxlayarıq”

!Reklam – Yazi

Türkiyənin Ərzurum bölgəsinin Palantökən qəsəbəsində yaşayan 5 uşaq anası FETÖ liderinin evinin ona verilməsini istəyir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərzurumda ayda iki dəfə keçirilən “Xalq günü”ndə iştirak edən vali Seyfəttin Əzizoğlu həmin tədbirdə maraqlı təkliflə üzləşib. Məlumata görə, qəsəbədə yaşayan 5 uşaq anası Nurbayan Ağdaş validən FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin Pasinlər rayonundakı Korucuk kəndindəki mülkünün ona verilməsini xahiş edib:

“Oğlum Əbdülsəməd rayon aqrar idarəsində mövsümi işlər görür. Altı ay işləyir, altı ay bekar qalır. Əkin-biçin işini, heyvandarlığı yaxşı bilir. Eşitdiyimə görə, Fətullah Gülənin Korucuk kəndində mülkü var. O yurdu bizə verin, oğlum orada tövlə tikib, heyvan saxlasın. Terrorçubaşı orada uzun illər PKK-çı yetişdirdi, bundan sonra biz də heyvan saxlayaq. O mülkün sənədlərini də verin ki, sonra kimsə gəlib, “bura bizimdir” deməsin”.

Ərzurum valisi isə söz verib ki, Ağdaşın oğluna heyvan saxlamaq üçün kömək göstərəcək.

https://youtu.be/oMxZcBkCs4s

Yeniçağ.Az

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv