“Fətullaha Türkiyə yetmir, dünyanı istəyən ehtirasa sahibdir” – Gülən bunu deyən Özala necə bəddua etdi?

yenicag.az-233Türkiyə iqtidarına qarşı mübarizədə getdikcə güc itirən Fətullah Gülənin yeni silahı “Turqut Özal” oldu. Mərhum və sevilən prezidentin arxasına sığınan Gülən Şəbəkəsinə məxsus saytlar Ərdoğanın Paralel Şəbəkə ilə mübarizəsini tənqid edən “Özal da paralel elan edilirdi?” adlı məqalə yayınladılar. Yazıda Gülənin 1986-cı ildə Burdurda həbs olunduğu zaman Özalın onu xilas etməsinə diqqət çəkilir və Gülənin “Turqut bəyin o günki centlmenliyini unuda bilmirəm” sözlərinə yer verilir.  Yəni, Özal Güləni “paralel”çilər kimi sevirmiş.

Lakin bəzi fətullahçılar isə hesab edirlər ki, Özal Gülənə yetərli dəstəyi verməyib.Gülənin əsas adamlarından olan və həbs olunmamaq üçün Türkiyədən qaçan Faruk Mərcan “Sızıntı” jurnalının avqust 1991-ci il Avqust nömrəsində dərc olunan Gülənin yazısının Özala qarşı yazıldığını bildirib.

Ərdoğandan öncə Özala bəddua edildiyini göstərən yazıda Özala qarşı ağır sözlərlə bərabər yaxında öləcəyi də işarə edilir: “İndi istəyirsən yat. Çünki bundan sonra sənin qiyamətin qopacaq. Bəli, yaxın gələcəkdə sən belindəki ur kimi tarixi məsuliyyətlərin tərkisilah edilib aparılarkən, sənin xəyanətinə, laqeydliyinə uğramış bütün xəyanət qurbanlarının qəhredici baxışları, ərşi titrədən qışqırıqları ilə ölüb-ölüb diriləcək və “kaş mən də torpaq olaydım” deyib inləyəcəksən”.

Bu kin və bədduanın səbəbini açıqlayan Faruk Mərcanın sözlərinə görə, Özalın yerinə gələn Məsud Yılmaz polisdəki bütün mühafizəkar və dindar kadrları işdən uzaqlaşdırdığı zaman prezident onları müdafiə etmədi.

Qısacası, Gülən tərəfdarlarının bir qismi “Özal camaatçılara sahib çıxmadığı üçün bədduaya uğradı” deyərkən, bir qism də “Özal xocamızı elə sevirdi ki, bu gün yaşasaydı, onu da “parallel” elan edərdilər” deyir.

Bəs Özalın Gülən haqqında əsl düşüncələri nələrdir? Yenicag.az xəbər verir ki, Türkiyənin tanınmış jurnalistlərindən bu suala cavab verib.

Onun sözlərinə görə, Özal bu yazıdan sonra etibar etdiyi bir jurnalistlə söhbətində bunları deyib: “Uzun illərdən bəri tanıyıram. Ancaq son illərdə çox istədiyi halda cəmi bir-iki dəfə görüşdüm. Houstonda məni ziyarət etdi. Məndə yaratdığı qənaət ondan soyumama, hətta çəkinməyimə səbəb oldu. Çünki böyük ehtirasa sahibdir. Ona Türkiyə yetmir, dünyanı istəyir. Sonradan gələn bilgilər də bu düşüncəmi dəstəkləyir. Yalanı da rahat söylədiyini gördüm. Hətta etibar etdiyim şəxslərdən birinə onun yalanı barədə danışarkən, “onun yalanı belə gözəldir” sözlərini eşitmək məni daha da qorxutdu. Çünki bu şəxs ətrafındakıları rəsmən əsir edir.

Son görüşümüzdə üzümə təriflər yağdırdığı halda arxamca çox ağır sözlər söylədiyini bilirəm. Mənim bildiyim islam alimləri belə olmurlar. O, sadəcə dindən istifadə edir.  Dünyanı düzəltmək üçün nəzarət altında saxlamaq istəyi Hitleri xatırladır. Hitler də ibtidai sinif məzunu idi. Fəqət dünyanın ən yaxşı natiqlərindən biri idi və almanları bu bəlağəti ilə arxasınca uçuruma apardı.  Hitlerlə fərqi o millətçi idi, bu dindən istifadə edir”.

Yenicag.az

COP29