“Fətullahçılar azərbaycanlı vəzifəlilərin dul qohumları ilə evlənirlər” – Türk mediası yazdı

dinler-arasi-diyalog-asya-fethullah-gulen (1)Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzeti Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Şəbəkəsinin Azərbaycandakı yeni taktikası barədə maraqlı məqalə yayınlayıb.

Yenicag.az xəbər verir ki, qəzet Şəbəkənin postsovet respublikaları üzrə imamlarını Azərbaycandakı məktəblərinin məzunları arasından seçib yerləşdirdiyini yazır. Bu imamlar isə dövlətin bürokratik sisteminə sistematik olaraq sızır.

Qəzet yazır ki, şəbəkə Türkiyə-Rusiya münasibətləri, Türk-Gürcü mədəni əlaqələri adı altında dərnəklər, yaxud QHT-lər qurur. Daha sonra önəmli dövlət strukturlarına öz adamlarını yerləşdirir. “Fətullah Gülənin xaricdə açdığı ilk universitet olan Qafqaz Universitetindən məzun olanlar arasından seçilən imamlar Azərbaycan dövlətinin önəmli strukturlarında agentlərini yerləşdirmək üçün strateji nigahlara girirlər”.

Bildirilir ki, şəbəkə Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkmənistan kimi ölkələrə Azərbaycanda yetişdirdikləri imamlardan təyin edirlər. Dərnəklər qurub sonra dövlət sisteminə sızmağa çalışırlar. “Paralel Şəbəkənin Azərbaycan qolunun mənsubları strateji evliliklərə girərək mühüm postlar tutan şəxslərlə münasibətlərini gücləndirirlər. İmam olaraq seçilən şəxslər siyasətdə önəmli mövqe tutan şəxsin qızı, yaxud həyat yoldaşı vəfat edən biri ilə evlənərək qohumluq bağları qurur”, deyə, qəzet yazır.

 

“Yeni Şafak” Türkiyədə Fətullah Gülən Şəbəkəsi ilə mübarizə başlayanda Azərbaycan hökumətinin də öz ölkəsində bu terrorçu qrupla mübarizəyə başladığını, fəqət şəbəkənin Azərbaycanda fəaliyyət göstərən “Çağ Öyrətim” məktəbləri bağlansa da ayrı ad altında yenidən açıldığını qeyd edib:“Bağlanan məktəblərin yerində “İstək Litseyləri” açılıb. Sadəcə ad lövhələrinin dəyişdiyi bu məktəblərdəki müəllim kadrlarının əksəriyyəti yenə də həmin adamlardır”.

Göründüyü kimi, Azərbaycanda bəzi məmurlar öz şəxsi mənafeləri üçün fətullahçıları qorusalar və görünüşdə guya onlara qarşı mübarizə aparıldığı fonu yaradılsa da, Türkiyə hər şeyin fərqindədir. Nəzərə alsaq ki, “Yeni Şafak” birbaşa prezident Ərdoğana yaxındır, bu mesajın kimdən gəldiyini bilmək o qədər də çətin deyil.

COP29