!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullahçılar Türkiyənin gizli “PKK ilə mübarizə” planını Öcalana satdılar

!Reklam – Yazi

ocalangulen_ic_0Türkiyənin Diyarbəkr şəhərində dövlətin PKK Terror Təşkilatına qarşı əməliyyat məlumatlarının qarşı tərəfə ötürülməsi ilə bağlı istintaq başlanılıb. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hazırda ordu və polisin içərisində PKK-ya xəbər ötürən “köstəbək” axtarılır.

“Köstəbək”in Fətullahçı Terror Örgütünə bağlı olduğu ehtimalının daha yüksək olduğu və bir neçə gün öncə Türkiyə prezidenti Ərdoğanın dediyi kimi, türk dövlətinin bölgədə PKK üzərində zəfər çalmasını istəmədikləri üçün düşmənə yardım etdiyi ehtimal olunur.

Xəbərdə deyilir ki, həmin “köstəbək”in fəaliyyəti nəticəsində PKK 14 martda Diyarbəkrin Bağlar rayonunun Qartaltəpə məhəlləsində barrikadalar quraraq, polisə hücum edib: “Polis PKK-nın barrikadaları 21 martda quraraq, hücum edəcəyi xəbərini almış və ona görə, hazırlıq görülmüşdü. Ancaq türk dövlətinin onların planından xəbər tutduğunu öyrəndikləri üçün planı dəyişdirərək, bizi hazırlıqsız yaxalamaq istədilər”.

Qeyd olunur ki, FETÖ ilə bağlı Diyarbəkr Polis İdarəsində ciddi təmizlənmələr olsa da, hələ də ciddi bir F tipli şəbəkə öz mövcudiyyətini qoruyur. PKK-ya xəbər ötürmənin də sadəcə bu əməliyyatda olmadığını, 103 gün davam edən Sur əməliyyatı zamanı da terror təşkilatına ciddi xəbər ötürüldüyü vurğulanmaqdadır.

Yenicag.az

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv