“Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da cəsarətləndirir”.
Yencag.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın edam edilməsi səhnəsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.
O, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş Konsulunu qətlə yetirən erməni terrorçu Hampinq Sasunyanın keçən ay sərbəst buraxıldığını xatırladıb.
“Bu qatillərin cəzasız qalmasının ancaq növbəti ekstermist nəslin təşviq olunmasına xidmət edəcəyi bardə xəbərdarlıq etmişdik”, – deyə Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri əlavə edib.
F.Altun yaranan gərginlikdən narahat olduqlarını bildirərək, bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğunu vurğulayıb, həmçinin ABŞ hökumətini baş verənlərlə bağlı tədbir görməyə çağırıb.