Fəxrəddin Altundan Bakının işğaldan azad olunması ilə bağlı TƏBRİK

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.

Yenicag.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin 102-ci ildönümü mübarək! Bu şanlı zəfərə imza atan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunu və bütün şəhidlərimizi rəhmətlə, minnətlə və hörmətlə yad edirəm”.