Fəxrəddin Əliyev intihar etməyib – Baş Konsulluq

fe5“İş adamı Fəxrəddin Əliyev poliqonda qəza nəticəsində, əlindəki silahdan təsadüfən çıxan güllə ilə həyatını itirib”.

Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, F. Əliyevin meyiti ədliyyə tibb qurumunun morqunda yarılıb. Meyitin Azərbaycana göndərilməsi üçün lazımi olan sənədlər Baş Konsulluq tərəfindən hazırlanaraq mərhumun yaxınlarına verilib.

Yanvarın 22-də axşam Fəxrəddin Əliyevin meyiti Bakıya göndərilib.