“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, Xalq artisti Fəxrəddin Manafov deyib.
İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib.
Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış növbəti videoçarxı təqdim edirik: